EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Litvada təhsilin perspektivləri
Media мərkəz » Xəbərlər

Litvada təhsilin perspektivləri
12.10.2018

Xəbərlər

İqnas Bautrenas, Litva Təhsil Mübadilələrinə Dəstək Fondunun  (“Education Exchanges Support Foundation”) təmsilçisi

Biz “Təhsil” sərgisində daim iştirak edirik, çünki bir sıra gənclər Litvanın təhsil müəssisələrində təhsil almaq istəyirlər. Bu il biz burada ingilis dilini bilən Azərbaycanlılara təhsil imkanları təklif edən yeddi universitet və kolleci təqdim edirik. Yeri gəlmişkən, onların çoxları sonradan Litva dilini də öyrənməyə maraq göstərir. Litvanın ali təhsil müəssisələri arasında bütün dünyada yaxşı tanınan Vilnüs Universiteti yer alır. Hazırda Litvada lazer texnologiyası, tibb sahəsində güclü hazırlıq məktəbi fəaliyyət göstərir. Bu sahədə səlahiyyət Vilnüs Texnologiya Universitetinə məxsusdur.

Ümumilikdə, bizim fond İT ilə Litva Respublikası tərəfindən ali təhsil və texniki peşə təhsili sahəsində maliyyələşdirilən “Erasmus +” və “Lifelong Learning” və digər təşəbbüslərin idarə edilməsi ilə məşğul olan dövlət strukturudur. Fond 2007-ci ildən etibarən uğurla fəaliyyət göstərir, 50 müxtəlif fəaliyyət sahəsi, o cümlədən uşaq bağçaları və məktəblər ilə məşğuldur.

Biz müxtəlif təşkilatlar, assosiasiyalar və digər strukturlara öz işgüzar praktikalarını və əməkdaşlarının ixtisaslarını təkmilləşdirməyə kömək edirik. Fond təhsil proqramı ilə yanaşı, “Comenius”, “Leonardo da Vinci”, “Grundtvig” kimi layihələr, eləcə də “Euroguidance”, “Europass”, “Erasmus Mundus”, “Tempus”, “eTwinning”, “EPALE” və “Nordplus” təşəbbüsləri ilə məşğuldur.

 



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR