EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Azərbaycan vətəndaşlarının Avropa ölkələrində iş ilə təmin olunması
Media мərkəz » Xəbərlər

Azərbaycan vətəndaşlarının Avropa ölkələrində iş ilə təmin olunması
12.10.2018

Xəbərlər

Elnarə Mahmudova, “Avropada Karyera” MMC-nin direktor müavini

“Avropada Karyera” şirkətinin fəaliyyəti iki əsas istiqamətə yönəlib – karyera və təhsil. Kollektivimizdə hüquq, təhsil, miqrasiya siyasəti, məşğulluq və digər sahələrdə zəngin təcrübəsi olan mütəxəssislər çalışırlar. Biz Azərbaycan vətəndaşlarına Avropa ölkələrində məşğulluq üzrə kompleks xidmət paketi təklif edirik və bu paketə viza dəstəyi, səyahət xidmətləri, yaşayış şəraitinin yaradılması, kompleks müqavilələrin imzalanması və vergi məsələlərinin həlli daxildir. Qeyd edim ki, bütün dəstəklər pulsuz əsasda təmin edilir.

Biz həmçinin Avropada iş axtaran şəxslərə ixtisasartırma və gələcək karyera yüksəlişi üçün müxtəlif təhsil proqramları da təklif edirik.

Bizə bu və ya digər sahə üzrə mütəxəssislər, eləcə də təcrübəsiz, peşəkar bacarıqlarını inkişaf etdirmək və “Mercedes”, “Volvo”, “Jaguar”, “Skoda”, “Gate”, “Kone”, “Carrier”, “Miele” və digər aparıcı Avropa şirkətlərinin ixtisaslı əməkdaşları olmaq istəyən insanlar müraciət edə bilər. Əsasən, istehsal müəssisələrində vakansiyalar təklif edilir, buna görə də texniki ixtisaslara (fəhlə, operator, mühəndis, mexanik, layihələrin qiymətləndirilməsi və keyfiyyət üzrə menecerlər və b. sahələr üzrə) daha çox tələbat var.

Bizim iş prinsipimiz belədir: biz vakansiyalar haqqında öz veb-saytımızda, sosial şəbəkələrdəki səhifələrimizdə məlumat yerləşdiririk, iş axtaranlar isə öz tərcümeyi-hallarını bizə göndərir, ilkin müsahibəyə dəvət edilir və daha sonra işəgötürən ilə onların görüşü təşkil edilir. Müsbət nəticə əldə edildiyi təqdirdə, biz müvafiq sənədlərin hazırlanması prosedurasına başlayırıq.

Biz “Təhsil” sərgisində dəfələrlə iştirak etmişik və bu tədbirin təşkilat səviyyəsindən, eləcə də əldə olunan nəticələrdən həmişə razı qalmışıq.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR