EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Təhsil sahəsində Azərbaycan- Türkiyə əlaqələri
Media мərkəz » Xəbərlər

Təhsil sahəsində Azərbaycan- Türkiyə əlaqələri
12.10.2018

Xəbərlər

Ahmet Zeki Şengil, “Medipol” İstanbul Universitetinin nümayəndəsi

“Education 2018” sərgisi çərçivəsində Türkiyənin stendində Türkiyənin on iki nəhəng universiteti təmsil olunub və mən hesab edirəm ki, bu fakt tədbirdə kifayət qədər genişmiqyaslı iştirakımızın göstəricisidir. Ölkəmizin ali təhsil müəssisələri öz fakültə, ali məktəb və müxtəlif təhsil sistemlərini təqdim edir. Türkiyədə xeyli sayda Azərbaycanlı tələbə təhsil alır. Türkiyəli pedaqoqlar da öz növbəsində bütün səviyyələrdə Azərbaycanın təhsil müəssisələri ilə fəal əməkdaşlıq edirlər.

Ölkələrimiz arasında ənənəvi olaraq təhsil sahəsində çox sıx əlaqələr qurulub və bu gün biz Türkiyədə təhsil almağın ən müxtəlif forma və imkanlarını təklif edirik. Azərbaycanlı tələbələr arasında populyar olan tibb, stomatoloji, farmakoloji fakültələr ilə yanaşı, mühəndislik, bank işi, hüquqşünaslıq, maliyyə və digər ixtisaslara da maraq artır.

Biz bu sərgidə iştirak etməkdən və Türkiyədə təhsilə böyük marağın olduğunu müşahidə etməkdən çox məmnunuq və bizə xoşdur ki, dialoqu davam etdirmək, yerli təhsil müəssisələri ilə tanış olmaq və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək üçün bizi yerli məktəb və universitetlərə dəvət edirlər.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR