EN
RU
Şəxsi kabinet
13-CÜ AZƏRBAYCAN BEYNƏLXALQ
TƏHSİL SƏRGİSİ

10 - 12 oktyabr 2019 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Rəsmi kataloq

Fotoqalereya
EDUEXPO - Qəbul imtahanlarının vaxtı açıqlandı
Media мərkəz » Xəbərlər

Qəbul imtahanlarının vaxtı açıqlandı
11.02.2019

Xəbərlər

Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ildə keçiriləcək qəbul imtahanlarının vaxtını açıqlayıb. 

DİM-dən Oxu.Az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, I və IV ixtisas qrupları üzrə isə mayın 19-da keçiriləcək.

İkinci imtahan I və IV ixtisas qrupları üzrə iyunun 30-da, II və III ixtisas qrupları üzrə iyulun 7-də baş tutacaq.

I-V ixtisas qrupları və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə abituriyentlərin ərizələrinin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılacaq.

Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi 3, 10 və 17 mart, ikinci mərhələsi isə 2, 9 və 16 iyun tarixlərində keçiriləcək.

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının birinci mərhələsi 31 mart, ikinci mərhələsi isə 23 iyunda keçiriləcək. Ərizə qəbulu fevralın 22-dən martın 11-dək internet vasitəsilə aparılacaq.

XI siniflər üzrə buraxılış imtahanları 7, 14 və 21 aprel tarixlərində təşkil olunacaq. Əvvəlki illərin məzunları üçün I-IV qruplar üzrə qəbul imtahanının birinci mərhələsi, eləcə də, V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanı aprelin 28-də keçiriləcək.

Əvvəlcədən elan olunduğu kimi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının birinci mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da, rezidenturaya qəbulun birinci mərhələsi aprelin 7-də, ikinci mərhələsi isə iyulun 14-də keçiriləcək.



TƏRƏFDAŞLAR