EN
RU
Şəxsi kabinet
13-CÜ AZƏRBAYCAN BEYNƏLXALQ
TƏHSİL SƏRGİSİ

10 - 12 oktyabr 2019 Bakı Ekspo Mərkəzi
BAŞ SPONSOR

DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Fotoqalereya

Rəsmi kataloq
EDUEXPO - İlahiyyat İnstitutu XIII Beynəlxalq Təhsil Sərgisində iştirak edəcək
Media мərkəz » Xəbərlər

İlahiyyat İnstitutu XIII Beynəlxalq Təhsil Sərgisində iştirak edəcək
15.08.2019

Xəbərlər

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) oktyabrın 10-dan 12-dək Bakı Ekspo Mərkəzində keçiriləcək XIII Beynəlxalq Təhsil Sərgisində ilk dəfə iştirak edəcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, sərgidə ziyarətçilərə Aİİ-də tədris edilən ixtisaslar, ali tədris müəssisəsinin beynəlxalq əlaqələri, tələbələr üçün xaricdə təhsil imkanları, mübadilə və təqaüd proqramları, son bir il ərzində əldə olunan nailiyyətlər haqqında ətraflı məlumat veriləcək. Eyni zamanda, sərgidə Aİİ-nin fəaliyyətini əks etdirən Azərbaycan, rus, ingilis və ərəb dillərində kataloq, broşür və bukletlərin, yeni nəşrlərin nümayişi nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Təhsil Sərgisi ölkəmizdə müvafiq sahə üzrə ən mühüm tədbirlərdən biridir, həmçinin peşəkar ünsiyyət və təhsil layihələrinin həyata keçirilməsi üçün səmərəli platformadır.

2018-ci ildə təşkil edilmiş sərgidə dünyanın 12 ölkəsindən 135 şirkət iştirak edib, həmçinin 11 min 808 ziyarətçi ekspozisiya ilə tanış olub.

Azərbaycan İlahiyyat İnstitutu xarici ölkə universitetləri ilə təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesindəki təcrübələrlə əyani şəkildə tanış olmaq, bu sahə üzrə mövcud yeniliklərin öyrənilməsi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Bu səbəbdən bir sıra ölkələrə səfərlər təşkil edilib, müxtəlif universitetlər ilə əməkdaşlıq müqavilələri imzalanıb.



TƏRƏFDAŞLAR