EN
RU
Şəxsi kabinet
13-CÜ AZƏRBAYCAN BEYNƏLXALQ
TƏHSİL SƏRGİSİ

10 - 12 oktyabr 2019 Bakı Ekspo Mərkəzi
BAŞ SPONSOR

DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Fotoqalereya

Rəsmi kataloq
EDUEXPO - Sərgi İnstitunun fəaliyyətində yeni istiqamətlər açacaq
Media мərkəz » Xəbərlər

Sərgi İnstitunun fəaliyyətində yeni istiqamətlər açacaq
10.10.2019

Xəbərlər

Fidan Yusifova, Azərbaycan İlahiyyat İnstitutunun magistratura və doktorantura şöbəsinin müdir

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Eduexpo” sərgisində ilk dəfədir təmsil olunur. İnstitutumuz öz stendində İnstitutun fəaliyyətinə aid olan, broşür və publikasiyaları (İlahiyyatçı qəzeti, konfrans materialları, Din araşdırmaları jurnalı, dərsliklər, və s.) , həmçinin İnstitutumuzda tələbələr üçün yaradılan şərait, onların tamamilə ödənişsiz əsaslarla təhsil alması, təqaüdlə, xüsusi geyimlə, dərsliklərlə təmin olunmasını əks etdirən kataloq nümayiş etdirir. İnstitutumuz sərgidə ilk dəfədir təmsil olunur. İnanırıq ki, sərgi İnstitutun inkişafına müsbət təsirini göstərəcək, fəaliyyətində yeni istiqamətlər açacaqdır.

Azərbaycan İlahiyyat İnstitutu ilahiyyat sahəsi ilə maraqlanan şəxslərə bu  sahədə bakalavr, magistr və doktorantura proqramları üzrə təhsil almaq, həmçinin bu sahədə problemləri araşdıran beynəlxalq standartlı tədqiqatlar aparmaq və nəşr etmək imkanı təklif edir. İnstitutun məqsədi  gələcəyin peşəkar mütəxəssis və alimlərini yetişdirmək, həmçinin ali təhsil müəssisəsinin elmi potensialını gücləndirməkdir. İnstitut həmçinin Ərəb, Fars, İbri, İngilis dillərinin tədrisini əhatə edən kurslar təklif edir.

“Eduexpo 2019” sərgisində iştirak etməkdə məqsədimiz İnstituta daha güclü potensialı olan, yüksək intellektli yerli və xarici tələbələrin cəlb olunması, həmçinin İnstitutun ölkədə və beynəlxalq aləmdə  tanınması, yeni əməkdaşlıqların, əlaqələrin qurulmasıdır.  İlahiyyat üzrə magistratura, doktorantura və dissertantura yolu ilə yüksəkixtisaslı elmi kadrların qəbulunu və hazırlanmasını təşkil etmək, cəmiyyətdə  bu ixtisasın rolunu və nüfuzunu artırmaqdır.  Bu baxımdan, stendimizdə abituriyentləri, tədqiqatçıları və xarici tələbələri görmək istərdik.



TƏRƏFDAŞLAR