EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Sərgidə ilk iştirakımızdı
Media мərkəz » Xəbərlər

Sərgidə ilk iştirakımızdı
10.10.2019

Xəbərlər

Günay Ağamalı, "BUTA" körpələr evi-uşaq bağçasının rəhbəri

"Buta" körpələr evi-uşaq bağçası 2011 ci ildən fəaliyyət göstərir. Hal-hazırda 1 əsas, 3 filialla xidmət göstəririk. Bağçanın fəaliyyəti məktəbəqədər təhsilin bir neçə vəzifələrinin yerinə yetirilməsinə istiqamətləndirilir - uşaqların fiziki sağlamlığı, fərdi xüsusiyyətlərini nəzərə alınmaqla intelektual və şəxsi inkişafi, nitq qüsurlarının aradan qaldırılması, əxlaqi keyfiyyətlərin tərbiyə olunması və s.

Sərgidəki stendimizdə bağçada müxtəlif Inkişafetdirici, dil, məktəbə hazırlıq, oyun proqramları, valideynlərə verdiyimiz psixoloji məsləhətlər və başqa bir çox xidmətlərimizi nümayiş etdiririk. Həmçinin uşaqların “Buta” körpələr evi-uşaq bağçasına qəbulu üçün lazımi sənədlər barəsində valideynlərə məlumat veririk. Əlavə edim ki, fəaliyyətə başladığımız ilk gündən etibarən On-line müşahidə kameralarını valideynlərə təqdim edirik. Bütün korpuslarda avtoservis xidməti mövcuddur.                                                
"Buta" körpələr evi-uşaq bağçası "Eduexpo" sərgisində ilk dəfədir ki, iştrak edirik. Sərgidə iştrak etməkdə əsas məqsədimiz "BUTA" körpələr evi-uşaq bağçasının tanınması və fəaliyyətimizdən valideynlərin məlumatlı olması və yararlanmasıdır. Sərginin ilk gününün fəaliyyəti çox perspektivlidir. Ümidvarıq ki, sərgidə iştrakımız gələcək fəaliyyətimizdə öz müsbət təsirini göstərəcəkdir.  



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR