EN
RU
Şəxsi kabinet
13-CÜ AZƏRBAYCAN BEYNƏLXALQ
TƏHSİL SƏRGİSİ

10 - 12 oktyabr 2019 Bakı Ekspo Mərkəzi
BAŞ SPONSOR

DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Fotoqalereya

Rəsmi kataloq
EDUEXPO - Bərpa olunan enerji naminə sizinlə birlikdə!
Media мərkəz » Xəbərlər

Bərpa olunan enerji naminə sizinlə birlikdə!
10.10.2019

Xəbərlər

Maykl Ditrix, İdarəetmə Tərəfdaşı /CSO

Bu gün bərpa olunan enerji hər kəsin dilindədir. Hazırda külək və günəş enerjisinə etimad göstərilir. Lakin bu texnologiya nə dərəcədə dəqiq işləyir? Enerji yaratmağın daha hansı yolları var? “leXsolar” şirkəti öz məhsulları ilə bütün bu suallara cavab verir və öz təlim sistemləri sayəsində yeni nəsilləri bərpa olunan enerjilər ilə gələcəyə hazırlayır. Bu mövzu şagird, tələbə və böyüklərə aydın və praktiki şəkildə izah olunacaq və gündəlik məktəb həyatında həqiqətən də səmərə verən davamlı məhsul və eksperimentlər sayəsində daha da həvəsli olacaqlar. Bu səbəbdən, “leXsolar” şirkəti yüksək keyfiyyətə və müştəri yönlü xidmətə əsaslanır. Biz əsas diqqəti öz inamımıza yönəltmişik: “Biz sizinlə birlikdə bərpa olunan enerjiyə olan həvəsi artıracaq və enerjiyə keçidə töhfə verəcəyik”.

Biz bütün dünyada unikal şirkətik! Şirkətimiz fəaliyyət göstərdiyi sahənin mütəxəssisi kimi bazarda çox unikal və xüsusi mövqeyə malikdir. Bu sərgidə isə şirkətimiz debüt edir. Şirkət “Eduexpo 2019” sərgisində texniki təlim avadanlıqlarına görə öz məhsullarını və sırf günəş, külək, hidroenerji (su enerjisi) və digər yeni/ekoloji təmiz enerji növləri üzrə mövzular üçün nəzərdə tutulmuş məktəb təbiətşünaslığı məhsullarını təqdim edir. Həmçinin şirkətin bu qəbildən araşdırdığı başqa yeni əsas mövzular yanacaq elementləri, intellektual enerji sxemləri, elektrik hərəkəti və bioloji enerjilərdir. Şirkət məktəb, universitet və kolleclərdə büdcə üzrə qərar qəbul edən şəxsləri, eləcə də yeni enerji erasında sənaye istifadəçilərini öz stendində gözləyr.



TƏRƏFDAŞLAR