EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Şərqi Polşanın ən böyük ali təhsil müəssisəsi
Media мərkəz » Xəbərlər

Şərqi Polşanın ən böyük ali təhsil müəssisəsi
11.10.2019

Xəbərlər

Fəridə Fərəcova, Polşanın Lüblin şəhərində yerləşən Mariya Küri-Sklodovskaya Universitetinin tələbəsi (Maria Curie-Sklodowska Universiti in Lublin)

– Mariya Küri-Sklodovskaya Universiteti 1944-cü ildə təsis edilib və Şərqi Polşanın ən böyük dövlət ali təhsil müəssisəsidir. Bu təhsil müəssisəsində 120-dən artıq ixtisas, o cümlədən beynəlxalq münasibətlər, turizm menecmenti, beynəlxalq əlaqələr, politologiya və digər ixtisaslar üzrə təhsil verən ondan çox fakültə var. Mariya Küri-Sklodovskaya Universiteti hüquqşünas və iqtisadçılar ilə yanaşı, həm də rəssamların hazırlığını həyata keçirir. Hər il texniki fizika və ya Şərqi Avropa proqramı kimi yeni təhsil istiqamətləri təklif edilir, əmək bazarında ehtiyac duyulan ixtisaslar verilir.

Universitet həmçinin yerli və xarici işgüzar mərkəzlərlə əməkdaşlıq edir. Burada professor-müəllim heyətinin və tələbələrin xarici mərkəzlər ilə mübadiləsinin intensivləşdirilməsi məqsədini güdən həll variantları tətbiq edilir.

Bu gün sərgidə ali təhsil müəssisəsinin bütün imkanları, təkcə bakalavriat səviyyəsində deyil, həm də magistratura və doktorantura səviyyələrində bütün istiqamət və təqaüd proqramları təqdim edilir. Tədris polyak və ingilis dillərində aparılır.

Biz artıq sərgidə dəfələrlə iştirak etmişik. Yuxarı sinif şagirdləri və ya bakalavr səviyyəsində təhsil alan tələbələr ərizə verə və təhsil təqaüdü qazana bilərlər. Bu il Azərbaycandan dörd tələbə qəbul edilib və onlar Beynəlxalq münasibətlər ixtisası üzrə magistratura səviyyəsində təhsil alırlar. Həmvətənlərimizin bu ali təhsil müəssisəsinə olan marağı ildən-ilə artır. Beynəlxalq təhsilin təşviqini təmin edən “Eduexpo” sərgisi isə buna çox köməklik göstərir.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR