EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Laboratoriya avadanlıqları üçün yüzlərlə eksklüziv stend
Media мərkəz » Xəbərlər

Laboratoriya avadanlıqları üçün yüzlərlə eksklüziv stend
11.10.2019

Xəbərlər

Boris Stukalov, “NTP Centr” şirkətinin (Belarus Respublikası) mühəndis-konstruktoru

– Şirkət bir sıra ali təhsil müəssisələri, ali kolleclər və təhsil mərkəzləri üçün nəzərdə tutulmuş müxtəlif avadanlıqların istehsalını və satışını həyata keçirir. Bu avadanlıqlar bir sıra fənlər üzrə laboratoriya işlərinin aparılması üçün istifadə edilir. Stendimizin ziyarətçiləri “NTP Centr” şirkətinin təklifləri ilə yaxından tanış ola bilərlər. Onların arasında elektronika, ölçmə sistemləri, pnevmatika və hidravlika, avtomobil işi və enerji təchizatı texnologiyaları yer alır.

Məsələn, səyyar platformaların köməyi ilə müxtəlif gərginliklər altında mayelərin funksiyalarını öyrənən stend texniki və inşaat təmayüllü ali təhsil müəssisələri üçün maraq doğurur. Həmçinin sutəmizləmə sistemləri – ilkin və ya əsaslı təmizləmək üçün filtrlər, yaxud istehsalatda istifadə edilən çeşidli datçiklər təklif edilir – onların iş prinsipi, iş xüsusiyyətləri öyrənilir. Nümayiş olunan belə cihazlar az deyil. Ümumilikdə, şirkətin təxminən dörd yüz adda müxtəlif stendi var və texnologiyalar təkmilləşdiyi üçün avadanlıqlar daim yenilənir.

Sifarişçilərimiz arasında müxtəlif ölkələrin ali təhsil müəssisələri yer alır. Şirkətin Azərbaycanlı tərəfdaşları da var, məsələn Milli Aviasiya Akademiyası, Beynəlxalq Universitet. Biz uzun illərdir ki, yerli bazarla əməkdaşlıq edirik. “Eduexpo” sərgisində isə dördüncü dəfə iştirak edirik və hər dəfə bu tədbirin yekunlarından razı qalırıq. Sərgi təşkilatçıları onun kommersiya baxımından tanınmasını, eləcə də beynəlxalq səviyyədə mədəni cəhətdən effektivliyini təmin edə biliblər.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR