EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Biz “Eduexpo 2019” sərgisinə yaxşı hazırlaşmışıq!
Media мərkəz » Xəbərlər

Biz “Eduexpo 2019” sərgisinə yaxşı hazırlaşmışıq!
11.10.2019

Xəbərlər

Dildora İşanxocayeva, Daşkənd şəhərində yerləşən Sinqapur Menecmentin İnkişafı İnstitutunun (MDIST) Beynəlxalq təhsil müəssisələri ilə iş departamentinin baş meneceri

– Bizim ali təhsil müəssisəsi Sinqapur Menecmentin İnkişafı İnstitutu və Özbəkistan Banklarının Assosiasiyası tərəfindən 2007-ci ildə təsis edilib. 2015-ci ildə MDIST beynəlxalq keyfiyyət standartlarına uyğun olaraq sertifikatlaşdırılıb.

Bu gün sərgi stendinin bazasında Böyük Britaniyanın iki aparıcı universitetinin proqramları təqdim edilib. Müvafiq olaraq, Banqor Universiteti beynəlxalq qonaqpərvərlik və turizm, sənaye menecmenti və b. sahələrdə menecment ixtisası üzrə bakalavriat fakültələrini təklif edir. Sanderlend Universiteti isə mühasibat uçotu və maliyyə, biznes və menecment və digər ixtisasları təklif edir.

MDIST institutunun tərəfdaşı olan beynəlxalq səviyyədə tanınmış universitetlərlə birlikdə institutun məzunlarına beynəlxalq səviyyəli diplomlar verilir. MDIST institutundakı akademik proses təhsil standartlarına və tərəfdaş universitetlərin proqramlarına uyğun təşkil edilib. Proqramlar əsasən gələcək bankir, maliyyəçi, sahibkar və moda sahəsinin dizaynerləri, əməkdaşları idarəetmə sistemi və b. tədris və hazırlıq istiqamətlərinə yönəlib.

Biz Azərbaycanda artıq “Təhsil” sərgisində iştirak etmişik. Bu tədbirin keçirilmə formatı və təşkilatçılığı bizi qane edir. Biz “Eduexpo 2019” sərgisinə yaxşı hazırlaşmışıq, yerli ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirməyi, perspektiv əlaqələr və əməkdaşlıq imkanlarını təmin edən peşəkar dialoqlar aparmağı planlaşdırırıq.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR