EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Ənənəvi olaraq bizim universitetdə xeyli sayda xarici tələbə təhsil alır
Media мərkəz » Xəbərlər

Ənənəvi olaraq bizim universitetdə xeyli sayda xarici tələbə təhsil alır
11.10.2019

Xəbərlər

Yuliya Djerqeniya, Q.V. Plexanov adına Rusiya İqtisad Universitetinin təlimatların icrasına nəzarət üzrə müfəttişi

Moskva şəhərinin mərkəzində yerləşən müasir ali təhsil müəssisəsimiz tələbələri təhlükəsiz tələbə şəhərciyi, fiziki-sağlamlıq kompleksi, kitabxana və yataqxana, eləcə də kurator sistemi və daim əlçatan olan pulsuz rabitə vasitələri ilə təmin edir.

Biz “Eduexpo 2019” sərgisində təhsil xidmətlərinin geniş spektrini təqdim edir və bütün potensial abituriyentləri stendimizdə gözləyirik. Ənənəvi olaraq, universitetimizdə xeyli sayda xarici, o cümlədən Azərbaycanlı tələbə təhsil alır. Dövlət sifarişli ixtisaslar üzrə təhsil almaq imkanı da mövcuddur.

Tələbələr əsasən iqtisadiyyat və menecment sahələri üzrə ixtisaslara yiyələnsələr də, burada linqvistika, psixologiya, informatika, tətbiqi riyaziyyat, turizm və idarəçilik sahələri üzrə istiqamətlər kimi bir sıra digər təhsil proqramları da təklif edilir.

Dünən ziyarətçilər və əsasən də gənclər, o cümlədən məhz bizim ali təhsil müəssisəsinə daxil olmaq istəyən uşaqlar stendimizə yaxınlaşırdılar. Onlar xeyli məqsədyönlü suallar verir, qəbulun təfsilatlarını müzakirə edirlər. Biz şadıq ki, onların bütün suallarını ətraflı şəkildə cavablandıraraq gələcək təhsil müəssisəsi barədə məlumat verə və onlara məlumatlandırıcı bukletlər təqdim edə bilirik.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR