EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Ən qabaqcıl təhsil texnologiyaları!
Media мərkəz » Xəbərlər

Ən qabaqcıl təhsil texnologiyaları!
11.10.2019

Xəbərlər

Natalya Pavlenko, Sankt-Peterburq Dövlət İqtisad Universitetinin Peşə yönümlü iş şöbəsinin müdir müavini

Bu gün sərgidə Rusiyanın zəngin ənənələrə malik olan nəhəng müasir iqtisad universitetlərindən birini təqdim edirik. Universitet 2012-ci ildə üç tanınmış iqtisadi ali təhsil müəssisəsinin bazasında yaradılıb və ən qabaqcıl təhsil texnologiyalarını təklif edir.

Bizim təkliflər arasında bakalavriatdan tutmuş doktoranturaya qədər bütün təhsil səviyyələri daxildir. Burada abituriyentlərimiz üçün çoxsaylı magistr proqramları nəzərdə tutulub. Azərbaycan vətəndaşı olan gənc qız və oğlanlar “Həmvətənlər” proqramı çərçivəsində Rusiya vətəndaşları ilə yanaşı dövlət sifarişli ixtisaslar üzrə təhsil ala bilərlər. Bu il 10 Azərbaycanlı tələbə universitetimizin həm dövlət sifarişli, həm də müqavilə əsaslı fakültələrinə daxil olub.

Universitetdə təkcə iqtisadiyyat sahəsində təhsil verilmir, burada humanitar elmlər fakültəsi, reklam, turizm, riyaziyyat, servis, linqvistika, informasiya təhlükəsizliyi və  digər sahələrlə bağlı ixtisaslar da mövcuddur.

Biz “Eduexpo” sərgisində debüt edirik və bu, necə deyərlər, həm sərgini öyrənmək, həm də yerli imkanları təhlil etmək, eyni zamanda da özümüz haqqında məlumat vermək istəyi ilə bağlı olan imic aksiyasıdır. Burada gənclərlə yanaşı, digər ölkələri təmsil edən həmkarlarımız ilə tanış oluruq. Biz sərgini və Bakı şəhərini çox bəyəndik.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR