EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq
Təhsil Sərgisi

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Ölkəyə peşəkar proqramçılar lazımdır!
Media мərkəz » Xəbərlər

Ölkəyə peşəkar proqramçılar lazımdır!
11.10.2019

Xəbərlər

Professor Murad Ömərov, beynəlxalq əməkdaşlıq məsələləri üzrə prorektor

– Xarkov Milli Radioelektronika Universiteti (XMREU) Ukraynanın ixtisaslaşmış universitetlərindən biridir. Burada əsas diqqət tətbiqi informasiya texnologiyalarına və innovasiyalara yönəldilir.

XMREU-da mühəndis və informasiya texnologiyalarının digər fənlərə inteqrasiya oluna biləcəyi təhsil və tədqiqat üçün maddi-texniki baza yaradılıb. Innovasiyalar, dayanıqlılıq və reallıq XMREU-nun inkişaf prinsipləridir və bu da cəmiyyət, habelə biznes və sənaye strukturları arasında əməkdaşlıq və mübadilə deməkdir.

Universitet tələbələrin bakalavr və magistr səviyyələrində 28 ixtisas üzrə təhsil aldıqları səkkiz fakültədən ibarətdir. Dünyanın təxminən 40 ölkəsini təmsil edən 600-ə yaxın xarici tələbə burada təhsil alır. Kompyuter elmləri, kompyuter mühəndisliyi və idarəetmə, analitik-informasiya texnologiyaları və menecment, informasiya-kommunikasiya texnologiyaları və s. fakültələr populyardır.

Universitet Avropa İttifaqının, BMT-nin İnkişaf proqramının, Britaniya Şurasının, NATO-nun birgə beynəlxalq layihələrinin daimi tərəfdaşıdır.

XMREU olaraq, biz Azərbaycan ilə əməkdaşlığa hazırıq! Hələ ki, ölkəmizdə ixtisaslı proqramçı çatışmazlığı var, Ukrayna isə peşəkar proqramçıların sayına görə dünyada beşinci yeri tutur. Buna görə də biz gəncləri XMREU-da təhsilə cəlb etmək istəyirik. Onlar üçün magistratura şərti olaraq Azərbaycan və Ukraynada bir təhsil ilinə bölünüb, bu ildən etibarən isə ikili Azərbaycan-Ukrayna diplomlarının verilməsinə başlanılıb.

 



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR