EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Bizim əsas məqsəd qrupumuz tələbələrdi
Media мərkəz » Xəbərlər

Bizim əsas məqsəd qrupumuz tələbələrdi
11.10.2019

Xəbərlər

Hikmət Kamallı, DAAD Bakı Məlumat Mərkəzinin direktoru

  • Alman Akademik Mübadilə Xidməti (DAAD) alman dövləti tərəfindən dəstəklənən ali məktəblərin birgə qurumudur. Almaniyanın təqaüd təşkilatıdır. DAAD Bakı Məlumat Mərkəzi ölkədə təhsil və tədqiqat haqqında məlumat verir, DAAD təqaüdlərinə müraciətləri tənzimləyir. DAAD beynəlxalq əməkdaşlıq sahəsində ən böyük maliyyələşdirici qurumlardan biridir.

DAAD bu sərgidə Bakı Məlumat Mərkəzi ilə “Almaniyada təhsil və tədqiqat” başlığı altında təmsil olunur. Bu ilki sərgidə ziyarətçilərə Almaniyada təhsil və tədqiqat imkanları barədə məlumat verir, suallarını cavablandırırıq.

Tələbə və tədqiqatçılar üçün DAAD çoxlu sayda təqaüd imkanları təqdim edir. Uğurlu müraciətçilər Almaniyadakı təhsili yaxud təqiqatı üçün təqaüdə layiq görülür. Tələbələr tərəfindən daha çox marağa səbəb olan bir neçə təqaüd proqramı haqqında qısa məlumat vermək istərdim.

  1. Almaniyada yay dil kursu təqaüdü. Təqaüd proqramının hədəf qrupu bakalavr və magistr tələbələridir. Təqaüd Almaniyada 3-4 həftəlik ixtisas, dil və ölkəşünaslıq kursunun maliyyələşdirilməsidir. 2019-cu ilin uğurlu müraciətçilərinə Almaniyada yaşam, kurs, səfər xərclərini qarşılamaq üçün DAAD tərəfindən 1575 Avro ödənilmişdir
  2. Digər bir proqram Almaniyada magistratura təhsilinin maliyyələşdirilməsidir. Qeyd edim ki, bu tam təqaüd proqramıdır. Təqaüdə alman və ingilis dilində müraciətlər qəbul olunur.
  3. Həmçinin ali məktəb müəllimləri və elmi işçilərin də müraciət edə biləcəkləri müxtəlif təqaüdlər təklif olunur. Tədqiqat aparmaq üçün DAAD təqaüdü əldə etmək mümkündür. Bununla yanaşı ali məktəb müəlliminin maksimin 15 tələbə ilə birgə bir neçə həftəlik Almaniya ali məktəblərinə təhsil səfərinin maliyyyələşdirilməsi mümkündür.
  4. Bütün bunlarla yanaşı DAAD Azərbaycan və Almaniya Universitetləri arasında əməkdaşlığı da dəstəkləyir.      

Biz EduExpo sərgisinin mütəmadi iştirakçısıyıq. Bizim əsas məqsəd qrupumuz tələbələrdi və sərgi günləri biz tələbələrin axınını görürük. Qeyd edim ki, bizim Mərkəzdə verilən hər bir məsləhət və göstərilən xidmətlər ödənişsizdir. Bütün sərgi ziyarətçilərini Bakı Mərkəzində görməkdən şad olarıq.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR