EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi
8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Hesabat

Fotoqalereya
Eduexpo - Mənim şagirdlərim hara daxil olmaq istəyirlər?
Media мərkəz » Xəbərlər

Mənim şagirdlərim hara daxil olmaq istəyirlər?
12.10.2019

Xəbərlər

Aygün Məhərrəmova, 81 nömrəli məktəbin pedaqoqu

– Belə gözəl sərgiyə görə təşkilatçılara öz dərin minnətdarlığımı bildirirəm. Mən burada əla təəssürat əldə etdim! Sərgini hər cəhətdən bəyəndim. Biz şagirdlər ilə birlikdə hər il “Eduexpo” təhsil sərgisini ziyarət etməyə çalışırıq. Bu gün onların hər biri lazımi stendləri taparaq daxil olmaq istədikləri universitetlərin nümayəndələrindən xeyli məlumat əldə edib.

Bakı Dövlət Universitetinin stendi bizi cəzb etdi. Burada ziyarətçilər üçün müxtəlif təcrübələr nümayiş olunur, yoxlamalar keçirilir. Mən ən çox Bakı Slavyan Universitetinin stendini bəyəndim, çünki 2002-ci ildə özüm də bu ali təhsil müəssisəsini bitirmişəm. Zənnimcə, təhsil sahəsinin inkişafında sərginin rolu çox böyükdür. Mən hesab edirəm ki, həm təşkilatçılar, həm əlbəttə biz müəllimlər, eləcə də valideynlər mütləq uşaqları təhsilə həvəsləndirməlidirlər.



2020 üçün yerlərini təsdiq edən şirkətlər
bottombottom
TƏRƏFDAŞLAR