EN
RU
Şəxsi kabinet
14-CÜ AZƏRBAYCAN BEYNƏLXALQ
TƏHSİL SƏRGİSİ

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
BAŞ SPONSOR

DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Fotoqalereya

Rəsmi kataloq
Eduexpo - “Təhsil” sərgisinin uğurlu inkişafı
Media мərkəz » Xəbərlər

“Təhsil” sərgisinin uğurlu inkişafı
12.10.2019

Xəbərlər

Rəsmiyyə Allahverdiyeva, 14 nömrəli peşə liseyinin direktor müavini

- Daimi ziyarətçi kimi deyə bilərəm ki, builki sərgi ötən il keçirilən tədbirdən fərqlənir. Bunlar yalnız müsbət fərqlərdir. Sərgidə təmsil olunan təhsil müəssisələrinin sayına və coğrafiyasına əsasən əminliklə təsdiq etmək olar ki, sərgi inkişaf etməkdədir.

Peşə təhsil müəssisəsinin müəlliməsi kimi “Eduexpo 2019” sərgisində ilk növbədə, texniki və sənaye istiqamətli stendlər diqqətimi cəlb etdi. Sevindirici haldır ki, sərgidə bir çox innovativ ideyalar, avadanlıqlar və maraqlı startapalar təqdim edilir. Ötən il bizim lisey də sərgidə iştirak edib. Bizim də göstəriləcək və təklif ediləcək xidmətlərimiz var və düşünürəm ki, gələn il yenidən burada iştirakçı qismində təmsil olunacağıq.

“Təhsil” sərgisinin keçirilməsi bizim sektor üçün çox vacibdir. Peşə liseyi kimi, öz imkanlarımızı təqdim etməklə yanaşı, məzunların potensialının reallaşdırılması və məşğulluq üçün istiqamət axtarışı bizim üçün vacibdir. Şübhəsiz, sərgi bu istiqamətdə istək və niyyətlərimizi reallaşdırmağa kömək edən vacib platformalardan biridir.



TƏRƏFDAŞLAR