EN
RU
Şəxsi kabinet
14-CÜ AZƏRBAYCAN BEYNƏLXALQ
TƏHSİL SƏRGİSİ

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
BAŞ SPONSOR

DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Fotoqalereya

Rəsmi kataloq
Eduexpo - Daha yaxşı bir gələcək üçün insan kapitalına investisiya qoymaq lazımdır
Media мərkəz » Xəbərlər

Daha yaxşı bir gələcək üçün insan kapitalına investisiya qoymaq lazımdır
12.10.2019

Xəbərlər

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbəri Vassilis Maraqos

Mən bu mükəmməl təhsil sərgisini ziyarət etməklə yanaşı, sizin dövlət strukturları və vətəndaş cəmiyyətləri ilə “Şərq Tərəfdaşlığı” proqramının gələcəyini müzakirə etmək niyyətindəyəm. Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqının bu təşəbbüsündə iştirak edən 6 ölkədən biridir və biz hazırda indiyədək çox uğurlu, inklüziv olmuş və bir çox sahələrdə, o cümlədən təhsil və enerji səmərəliliyi sahəsində bir çox konkret nəticələr vermiş bu təşəbbüsün gələcəyi və insanların, o cümlədən Azərbaycanlıların maraq və istəklərini idarə etmək üsulu barədə düşünür və məsləhətləşmələr aparırıq. Təhsil vacib sahədir, çünki bu, bizim uzun illər Azərbaycanda investisiya yatırdığımız sektordur. Biz bu sahəyə ciddi vəsait sərf etmişik, biz xüsusən də peşə təhsili və təlimi sahəsində islahatların aparılması, həmçinin ali təhsil sahəsində islahata start verilməsi üçün sizin dövlət strukturları ilə əməkdaşlıq etmişik. Azərbaycan universitetlərində təhsil alan 1300-dən artıq tələbə Avropa İttifaqında tələbə mübadiləsi sahəsində bizim əsas proqramlardan biri, regionda da əlçatan olan “Erasmus” proqramında iştirak edib və biz ümidvarıq ki, gələcəkdə bu səyin miqyasını daha da genişləndirə bilərik.

Biz bu gün rəsmi şəxslər ilə əməkdaşlığımızın inkişaf yollarını və xüsusən də, bu layihə çərçivəsində növbəti fəaliyyətlər dövrünə hazırlaşma yollarını müzakirə etmək üçün iqtisadiyyat və xarici işlər nazirliklərində görüşlər keçirəcəyik. Həmçinin yəqin bilirsiniz ki, biz Azərbaycanla Tərəfdaşlıq prioritetlərini imzalamışıq və onların tətbiq yollarını müzakirə etməyə hazırlaşırıq ki, sonda onlar insanların maraqlı olduğu müxtəlif islahat sahələrində konkret nəticələr əldə etməyin əsası kimi istifadə olunsun.

Biz məqsədli şəkildə burada böyük stend ilə iştirak edirik, çünki inanırıq ki, bununla sərgidə iştirak edəcək insanlara yaxşı məlumat verə bilərik və gördüyünüz kimi, onlar “Erasmus” proqramı, hazırda Tbilisidə fəaliyyət göstərən orta məktəb, yeni təşəbbüs olan “Şərq Tərəfdaşlığı üzrə Avropa Məktəbi” proqramı çərçivəsində təklif edilən konkret imkanlar ilə tanış ola biləcəklər. Həmçinin xüsusilə şadıq ki, öz konkret universitet proqramlarını təqdim edən bizim üzv dövlətləri təmsil edən bir çox iştirakçı burada təmsil olunub və bunlar Azərbaycan üçün çox maraqlı ola bilər. Biz bu tədbirdən öz təcrübəmizi bölüşmək üçün istifadə etmək istəyirik. Biz bu tədbirdə, necə deyərlər, “beyin təlimi” məqsədi ilə iştirak etmək istəmirik. Biz daha çox insanların səyahət edib təcrübə toplaması və daha sonra öz ölkələrinə qayıdaraq əldə etdikləri bilik və bacarıqları tətbiq etmələrinin tərəfdarıyıq. Mən inanıram ki, bu, bizi birləşdirən sahə və sektordur. Çünki biz hamımız gələcəkdə daha çox məqsədə nail olmaq istəyirik və cəmiyyətimizdə daha yaxşı gələcəyə malik olmaq üçün insan kapitalına və insanlara investisiya yatırılması həqiqətən də vacibdir.

Mən tamamilə razıyam ki, bu sərgi həm mükəmməl imkan, həm də mükəmməl tədbirdir, çünki qeyd etdiyim kimi, bu, bizim birlikdə bir çox məqsədə nail ola biləcəyimiz və əlbəttə, özünüz və ya öz övladınız üçün ən yaxşı universiteti görmək istədiyiniz sahədir. Həmçinin bu sahə əməkdaşlıq edə biləcəyimiz sahədir və Avropa İttifaqının proqramları bu məqsədə xidmət edir. Yəqin bilirsiniz ki, prezident Ursula von der Leyen ilə yeni Avropa Komissiyası yaradılıb və onun diqqət yetirmək istədiyi əsas sahələrdən biri də təhsil və gənclərə investisiya yatırılması vasitəsi ilə insanları inkişaf etdirməkdir. Biz məhz bunun üçün buradayıq və artıq bu istiqamətdə icra yonümlü addımlar atırıq və gələcəkdə belə tədbirlərin köməyi ilə sahədə daha çox işlər görməyə hazırlaşırıq.



TƏRƏFDAŞLAR