EN
RU
Şəxsi kabinet
14-CÜ AZƏRBAYCAN BEYNƏLXALQ
TƏHSİL SƏRGİSİ

8 - 10 oktyabr 2020 Bakı Ekspo Mərkəzi
BAŞ SPONSOR

DƏSTƏK
eduexpo

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Fotoqalereya

Rəsmi kataloq
Eduexpo - “Eduexpo 2019”: yerli və xarici ali təhsilin daha da populyarlaşması
Media мərkəz » Xəbərlər

“Eduexpo 2019”: yerli və xarici ali təhsilin daha da populyarlaşması
12.10.2019

Xəbərlər

12 oktyabr tarixində Bakı Ekspo Mərkəzində “Caspian Event Organisers” (“CEO”) şirkəti tərəfindən təşkil edilmiş 13-cü Azərbaycan Beynəlxalq “Təhsil” (“Eduexpo 2019”) sərgisi öz işini yekunlaşdırıb. Sərgi Azərbaycan respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilirdi.

Sərginin açılış mərasimində çıxış edən təhsil naziri Ceyhun Bayramov qeyd etdi ki, sərgiyə olan maraq ildən-ilə artır. Bu il təmsil olunan təhsil müəssisələri, tədris ocaqları, şirkət və təşkilatlar bunu sübut edir.

“EduExpo 2019” sərgisinin əsas nailiyyəti Azərbaycanda keçirilən beynəlxalq “Təhsil” sərgisinə olan maraq və təhsil sahəsində ölkələr arasında əlaqələrin gücləndirilməsinin ilə bağlıdır. Avropa İttifaqının böyük birləşmiş stend ilə debütü, Türkiyənin təhsil nazirinin rəhbərliyi ilə Türkiyənin təmsilçi nümayəndə heyətinin, böyük regional qrupların iştirakı bunu sübut edir. Ümumilikdə, tədbirdə dünyanın 22 ölkəsini təmsil edən 152 təhsil strukturu iştirak edib. Sərgi iştirakçılarının 45%-ni debütantlar təşkil edirdi. Debütant və veteranların təqdim etdikləri layihələrin əksəriyyəti bu sahədə ən son qlobal nailiyyətlərin təqdimatı fonunda yerli təhsil sisteminin inkişafı barədə yaxşı təsəvvür yaradır.

“Eduexpo 2019” sərgisində Azərbaycanın 44 təhsil müəssisəsi təmsil olunub. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Eduexpo 2019” sərgisində öz stendi ilə iştirak edirdi. Bir sıra Avropa ölkələrinin səfirlik və  universitetlərinin təmsil olunduğu Avropa İttifaqının birləşmiş, çoxmillətli stendi böyük maraq doğurub. Ənənəvi olaraq, Türkiyənin milli stendi, Rusiyanın regional qrupları, Lüblin şəhərində yerləşən Mariya Küri-Sklodovskaya Universiteti və digər təhsil strukturları böyük marağa səbəb oldu.

Sərgini ziyarət edən çoxsaylı gənclər, yuxarı sinif şagirdləri və potensial abituriyentlər peşə və orta təhsil, magistratura sektorları, “MBA”, xaricdə təhsil və tələbə mübadiləsi proqramları haqqında zəngin məlumat toplamağa müvəffəq oldular. Əlbəttə, təhsil sahəsində yeni informasiya texnologiyaları, avadanlıqlar, biliklərin sürətli yoxlanması çox populyar olub. Sərgini bir çoxu “Təqdimat zonasında” keçirilən əlavə tədbirlər proqramı müşayiət edirdi. “EduTalks” – “Müasir təhsil sistemində əldə edilən nailiyyətlər və əsas məqsədlər” mövzusunda keçirilən müzakirə paneli məktəbli və müəllimləri bir araya gətirib, ekspertlər bu tədbir çərçivəsində sərgi auditoriyası ilə “canlı” dialoq formatında müasir təhsil barədə fikirlərini bölüşüb.

Beləliklə, vacib təhsil qovşağı olan “Eduexpo” sərgisi qısa vaxt ərzində təhsil sahəsinin ən son yenilikləri ilə tanış olmaq, tərəfdaşlıq üçün yeni yollar açmaq, əməkdaşlığın üfüqlərini genişləndirmək və çoxsaylı hədəf auditoriya – abituriyentlər, onların valideynləri, eləcə də sektorun mütəxəssisləri ilə görüşlər keçirmək imkanı yaradıb.

Sərgi Azərbaycan Respublikası Təhsil Nazirliyi, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.



TƏRƏFDAŞLAR