AZ
EN
Личный кабинет
14-я Азербайджанская Международная Выставка
«Образование»

7 - 9 октября 2021 Баку Экспо Центр
ПОДДЕРЖКА
eduexpo

Бронирование стенда

Пригласительный билет

Фотогалерея

Отчет
Eduexpo - Azərbaycan Universiteti təhsil sərgisində iştirak edəcək
Медиа-центр » Новости

Azərbaycan Universiteti təhsil sərgisində iştirak edəcək
06.08.2019

Новости

Bakı, 6 avqust, AZƏRTAC 

Azərbaycan Universiteti oktyabrın 10-dan 12-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 13-cü Beynəlxalq Təhsil Sərgisində iştirak edəcək.

Universitetdən AZƏRTAC-a bildirilib ki, ziyarətçilərə tədris olunan ixtisaslar, bu ali məktəbin beynəlxalq əlaqələri, tələbələr üçün xaricdə təhsil imkanları, mübadilə proqramları, təqaüd proqramları, son bir il ərzində əldə olunan nailiyyətlər haqqında məlumat veriləcək, həmçinin tələbələrin hazırladıqları robot və elektronika cihazları nümayiş ediləcək. Sərgiyə hazırlıq davam edir.

Azərbaycan Beynəlxalq Təhsil Sərgisi ölkəmizdə müvafiq sahə üzrə ən mühüm tədbirdir, peşəkar ünsiyyət və təhsil layihələrinin həyata keçirilməsi üçün səmərəli platformadır. 2018-ci ildə sərgidə dünyanın 12 ölkəsindən 135 şirkət iştirak edib, 11 min 808 ziyarətçi ekspozisiya ilə tanış olub. Azərbaycan Universiteti ötənilki sərgidə də uğurla təmsil olunub.



ПАРТНЕРЫ